"Ukrtransnafta" bu həftə Azərbaycan neftinin qəbuluna başlayır

"Ukrtransnafta" bu həftə Azərbaycan neftinin qəbuluna başlayır 2017-ci ildə ​"Ukrtransnafta" 1,3 mln. ton Azərbaycan nefti alacaq
Energetika
7 Mart , 2017 17:22
Ukrtransnafta bu həftə Azərbaycan neftinin qəbuluna başlayır

Bakı. 7 mart. REPORT.AZ/ Ukraynanın "Ukrtransnafta" ASC mart ayının ikinci dekadasından etibarən Azərbaycan neftinin Kremençuq Neftayırma Zavoduna ("Ukrtatnafta" ASC) ötürülməsinə başlayacaq.

"Report"un "Oilnews.com" saytına istinadən verdiyi xəbərə görə, bu barədə "İnterfax-Ukrayna" agentliyinə şirkətin baş direktorunun müavini Andrey Pasişnik məlumat verib.

A.Pasişnik bildirib ki, hazırda ehtiyatda 17 min ton "Urals" markalı neft qalıb. Bu ehtiyat 3 günə bitdikdən sonra martın 10-dan etibarən "Azeri Light" markalı neftin qəbuluna başlanılacaq. 

Qeyd edək ki, "Ukrtransnafta" və "Ukrtatnafta" 2016-cı il noyabr ayının 3-də ildə 1,3 mln. ton Azərbaycan neftinin Kremençuq Neftayırma Zavoduna nəqli barədə anlaşma imzalayıb.

Son xəbərlər

Orphus sistemi