Ukraynanın “Ukrtransnafta” şirkəti Azərbaycan neftinin bir tanker partiyasının satılması üçün təkliflər göndərib.
“Report”un Ukrayna mətbuatına verdiyi xəbərə görə, bu barədə “Ukrtransnafta”nın baş direktoru və “Naftoqaz” qrupunun neft divizionunun rəhbəri Nikolay Qavrilenko bildirib.
Qavrilenkonun sözlərinə görə, şirkət ucuzlaşma zamanı neftin bir barelinin 29 ABŞ dollarına alıb və 44-48 ABŞ dolları/barelə satmağı planlaşdırır. Alınan ikinci tanker partiyasının da bu ilin sonuna qədər satışa çıxarılması planlaşdırılır.
O, həmçinin istisna etməyib ki, neftin Kremençuq neft emalı zavodlarında işlənə biləcək.
Xəbər verildiyi kimi, aprelin əvvəlində “Naftoqaz”, “Ukrtransnafta” tərəfindən “SOCAR Trading” ilə hər biri təqribən 700 min barel olan “Azeri Light” markalı neftin iki tanker partiyasının alınması üçün “Pivdennıy” dəniz neft terminalına çatdırılması üçün müqavilə bağlanması barədə razılığa gəlib.