“Ukrtatnafta” hərracda 12 min ton Azərbaycan nefti alıb

“Ukrtatnafta” hərracda 12 min ton Azərbaycan nefti alıb “Ukrtransnafta” sentyabrın 15-də hərraca 2 min ton Azərbaycan nefti çıxaracaq
Energetika
12 Sentyabr , 2017 14:53
“Ukrtatnafta” hərracda 12 min ton Azərbaycan nefti alıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu gün “Ukrtransnafta” şirkəti Ukrayna Energetika Birjasında 12 min ton “Azeri Light” markalı neft satıb.

“Report” “Enkorr” saytına istinadən xəbər verir ki, bütün həcmi “Ukrtatnafta” (Kremençuq Neft Emalı Zavodunun operatoru) alıb.

“Ukrtransnafta” sentyabrın 15-də hərraca 2 min ton, növbəti həftə isə yekun olaraq 11 min ton Azərbaycan nefti çıxaracaq.

Qeyd edək ki, iyulun əvvəlində “Ukrtransnafta” şirkətinin Kremençuq Neft Emalı Zavodunda saxlanılan 42 min ton həcmində Azərbaycan nefti olub. İyulun 11-də ilk elektron hərrac keçirilib. Həmin hərracda “Ukrqazdobıça” şirkəti 5 min ton “Azeri Light” markalı nefti alıb. "Ukrtransnafta” şirkətinin baş direktorunun I müavini Andrey Pasişnik ayın əvvəlində bildirib ki, şirkət bu ay ərzində Kremençuq zavodunda saxlanılan 37 min ton həcmindəki “Azeri Light” markalı neftin hamısını satışa çıxarmağı planlaşdırır.

Sentyabrın 5-də keçirilən hərracda “Ukrtatnafta” 10 min ton, “Ukrqazdobıça” isə 2 min ton Azərbaycan nefti alıb.

Azərbaycan neftinin satışı üçün hərrac differensial rejimdə keçirilir. Neft Kaqamlık dəmiryolu stansiyasında (Kremençuq Neft Emalı Zavodu) FCA (Free Carrier) şərtləri ilə satılır.