“Ukrtatnafta” boru xətti ilə Azərbaycan neftinin ilk partiyasını qəbul edib

“Ukrtatnafta” boru xətti ilə Azərbaycan neftinin ilk partiyasını qəbul edib Bu neftin nəqli “Euro-5” standartlarına uyğun benzin və dizel yanacağının istehsalının artmasına imkan verəcək
Energetika
10 Mart , 2017 16:00
“Ukrtatnafta” boru xətti ilə Azərbaycan neftinin ilk partiyasını qəbul edib
Courtesy İmage

Bakı. 10 mart. REPORT.AZ/ “Ukrtatnafta” ASC (Kremençuq Neft Emalı Zavodunun operatoru) bu gün “Ukrtransnafta” şirkətinin boru kəməri sistemindən Azərbaycan neftinin ilk partiyasını qəbul edib.

“Report” “Oilnews”a istinadən xəbər verir ki, bu barədə “Ukrtatnafta”nın nümayəndəsi Kremençuq NEZ-də təşkil olunan press-tur zamanı bildirib.

Şirkətdən qeyd olunub ki, bu neftin nəqli “Euro-5” standartlarına uyğun benzin və dizel yanacağının istehsalının artmasına imkan verəcək, eyni zamanda “Ukrtransnafta” ilə əməkdaşlığın inkişafına töhfə verəcək.

Qeyd edək ki, "Ukrtransnafta" və "Ukrtatnafta" 2016-cı il noyabr ayının 3-də ildə 1,3 mln. ton Azərbaycan neftinin Kremençuq Neft Emalı Zavoduna nəqli barədə anlaşma imzalayıb. 

Son xəbərlər

Orphus sistemi