Ukrayna Norveçdən qaz idxal edəcək
Energetika
- 12 iyun, 2017
- 09:05
Bakı. 12 iyun. REPORT.AZ/ Ukrayna 2022-ci ildən etibarən Norveçdən qaz idxal edəcək. "Report"un "RBC"-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın energetika və kömür sənayesi nazirinin müşaviri Maksim Belyavskiy öz "Facebook" səhifəsində yazıb.
"Norveç qazının birbaşa Ukraynaya nəqli artıq reallıqdır. Bu, 2022-ci ildən baş tutacaq. Bizə ancaq UA-PL (Ukrayna-Polşa) interkonnektorlarını inşa etmək qalıb", - deyə müşavir qeyd edib.
M.Belyavski bildirib ki, boruların alınmasına payızda başlanacaq. O, həmçinin "Facebook" səhifəsində Polşa və Danimarkanın baş nazirləri tərəfindən iyunun 9-da imzalanan qarşılıqlı anlaşma memorandumunu xatırladıb. Bu sənəd Baltik qaz xətti layihəsinin icrasını nəzərdə tutur.
Son xəbərlər
09:40
"Vilyarreal" heyətində 3 kanadalı futbolçunun yer aldığı ilk "Top-5" liqa klubu olub
Futbol09:38
Amurda baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb
Region09:36
ADB Azərbaycanda sərhəd-keçid məntəqələrini modernləşdirməyə pul ayıracaq
İnfrastruktur09:25
Dənizkənarı Bulvar İdarəsi mənfəətini 15 %-dən çox artırıb
Maliyyə09:18
AVRO-2026: Azərbaycan millisi bu gün Belçika ilə qarşılaşacaq
Komanda09:16
Tambovda "Wildberries" anbarında PUA hücumu nəticəsində yanğın baş verib
Region09:12
Azərbaycan neftinin qiyməti 92 dollardan aşağı düşüb
Energetika09:09
Pakistanda yanğın nəticəsində 15 körpə ölüb
Digər ölkələr09:02