“Ukrayna Dəmir Yolu” SOCAR-dan 10 min ton dizel yanacağı alacaq
- 12 avqust, 2024
- 10:09
“Ukrayna Dəmir Yolu” – “Ukrzaliznitsa” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu ölkədəki törəməsi “SOCAR Energy Ukraine” şirkətindən 10 min ton dizel yanacağı alacaq.
“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan şirkəti ilə imzalanan müqavilə üzrə qiymət hər bir ton üçün 52 900 qrivna və ya 1 285 ABŞ dolları təşkil edir. Bu, gözlənilən 54 000 qrivna qiymətindən azdır. Bu barədə “Prozorro” dövlət satınalma sistemindəki məlumatda deyilir.
Həmçinin, bu qiymət Ukraynanın dövlət şirkəti “Ukrnafta”nın iyun ayında hər ton dizel yanacağı üçün təklif etdiyi 50 948 və 51 300 qrivna qiymətindən cüzi çoxdur.
Bununla belə, bunun da bir izahı var. Belə ki, bu müddət ərzində yanacağın dünya qiymətlərini nəzərə alan “Platts” indeksi bir neçə faiz artıb, qrivna da dollar qarşısında 40,65-dən 41,23-ə kimi ucuzlaşıb.
Beləliklə, “Ukrzaliznitsa” “SOCAR Energy Ukraine” şirkətinə 10 min ton dizel yanacağı üçün 529 milyon qrivna və ya 12,8 milyon ABŞ dolları dəyərində dizel yanacağı əldə edəcək.