Türkiyənin ilk üzən LNG gəmisi ölkəyə gətirilib
Energetika
- 22 aprel, 2021
- 12:05
Türkiyə dənizçilik tarixində ilk üzən LNG saxlanması və qazlaşdırılması gəmisi - “Ertuğrul Qazi” ölkəyə çatıb.
“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
“Gəmi Hatayda BOTAŞ Dörtyol Terminalında yerləşdirildi. Test prosedurlarından sonra istismara veriləcək gəmimiz, ölkəmizin təbii qaz təchizatı təhlükəsizliyinə töhfə verəcək”, - deyə nazir bildirib.
Qeyd edək ki, gəmi ötən il Cənubi Koreyada inşa edilib və gündəlik qazlaşdırma gücü 28 milyon kubmetr olan “ Ertuğrul Qazi” dünyanın ən yüksək tutumlu gəmilərindəndir. Onun uzunluğu 295 metr, eni 46 metr, hündürlüyü 63 metrdir. Gəminin LNG saxlama tutumu 170 min kubmetrdir.
Son xəbərlər
09:40
Bakının iki rayonunda qaz olmayacaq
Energetika09:30
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
Sosial müdafiə09:28
ABŞ-dən olan basketbolçu Qeylen Smit Azərbaycan klubuna qayıdıb
Komanda09:22
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
Hadisə09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (28.09.2026)
Maliyyə09:04
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
ASK09:00
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək
Futbol08:57
Çin və ABŞ Amerika kömürünün idxal şərtləri barədə razılığa gəliblər
Digər ölkələr08:42