Türkiyənin dövlət qurumları “Bursagaz”, “Kayserigaz” şirkətlərinin SOCAR-a satışını təsdiqləyib

Türkiyənin dövlət qurumları “Bursagaz”, “Kayserigaz” şirkətlərinin SOCAR-a satışını təsdiqləyib Türkiyənin Rəqabət və Enerji Bazarı Tənzimləmə Qurumları (EPDK) “Bursagaz” və “Kayserigaz” şirkətlərinin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satışı və təhvilinə dair icazəni verib.
Energetika
17 May , 2019 15:53
Türkiyənin dövlət qurumları “Bursagaz”, “Kayserigaz” şirkətlərinin SOCAR-a satışını təsdiqləyib

Türkiyənin Rəqabət və Enerji Bazarı Tənzimləmə Qurumları (EPDK) “Bursagaz” və “Kayserigaz” şirkətlərinin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satışı və təhvilinə dair icazəni verib.

“Report” bu barədə “Habertürk”ə istinadən xəbər verir.

Məlumata görə, “Millenicom” şirkəti ilə bağlı isə İnformasiya Texnologiyaları və Əlaqələr Qurumunun gələn həftə icazə verəcəyi gözlənilir. Ümumilikdə, “EWE Turkey Holding”in təhvil-təslim işlərinin mayın 29-da tamamlanması gözlənilir.

Qeyd edək ki, SOCAR bu ilin yanvar ayında Almaniyanın “EWE AG” enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən “EWE Turkey Holding” və qrupa daxil olan şirkətləri satın alıb. “EWE Turkey Holding”ə “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom” şirkətləri daxildir. Bildirilmişdi ki, satınalma işlərinə Rəqabət Qurumu və digər əlaqədar təşkilatların razılığından sonra yekun vurulacaq.

2007-ci ildə Türkiyə bazarına daxil olan “EWE Turkey Holding” enerji təbii qaz paylanması və telekommunikasiya sahələrində “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom” vasitəsilə fəaliyyət göstərirdi. “Bursagaz” və “Kayserigaz” ilə Türkiyənin dördüncü böyük təbii qaz tədarükçüsü olan "EWE Turkey Holding" 2017-ci ilin sonundan etibarən, təxminən, 2,4 mlrd. TL-lik dövriyyəyə nail olub.

Son xəbərlər

Orphus sistemi