Türkiyədə neft koksu istehsalının 45 %-i SOCAR-ın NEZ-in hesabına təmin edilib

Energetika
  • 28 noyabr, 2023
  • 07:53
Türkiyədə neft koksu istehsalının 45 %-i SOCAR-ın NEZ-in hesabına təmin edilib

Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 63 min 874 tondan çox neft koksu istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2022-ci ilin eyni ayı ilə müqayisədə 8 min 395 ton və ya 11,6 % azdır.

Bununla da STAR neft emalı zavodunun Türkiyədəki ümumi neft koksunun istehsalının payı 44,9 %-ə bərabərdir.

Ümumilikdə, 2023-cü ilin sentyabr ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 142 min 200 tondan çox neft koksu istehsal edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29 min 852 ton və ya 26,6 % çoxdur.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavodun illik xam neft emal gücü 12 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti