Türkiyə səfiri: “Bu gün heç kim NABUCCO layihəsi barədə danışmır”

Türkiyə səfiri: “Bu gün heç kim NABUCCO layihəsi barədə danışmır” Bakı. 24 oktyabr. REPORT.AZ/ “STAR Neft Emalı Zavodu Azərbaycanın Türkiyədə 6,3 mlrd. ABŞ dolları məbləğində investisiya qoyduğu bir layihədir. Bu, dünyada ən böyük yatırımlarından biri, Türkiyədə isə ən böyük özəl sərmayədir”.
Energetika
24 Oktyabr , 2018 11:23
Türkiyə səfiri: “Bu gün heç kim NABUCCO layihəsi barədə danışmır”
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 24 oktyabr. REPORT.AZ/ “STAR Neft Emalı Zavodu Azərbaycanın Türkiyədə 6,3 mlrd. ABŞ dolları məbləğində investisiya qoyduğu bir layihədir. Bu, dünyada ən böyük yatırımlarından biri, Türkiyədə isə ən böyük özəl sərmayədir”.

"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıda keçirilən “Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər” mövzusunda beynəlxalq simpoziumda çıxışı zamanı deyib.

O, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) haqqında da danışıb: "TANAP Cənub Qaz Dəhlizi kimi əhəmiyyətli layuhənin 3 hissəsindən biridir. 10 il bundan əvvəl Xəzər dənizindən çıxarılan təbii qazın hansı layihə hesabına hara qədər daşınacağı barədə danışılırdı. Bu gün heç kim NABUCCO layihəsi barədə danışmır. TANAP prezidentlərimizin ortaya qoyduğu güclü iradə sayəsində reallaşıb".

Son xəbərlər

Orphus sistemi