Türkiyə Rusiyadan əlavə qaz sifariş edib

Türkiyə Rusiyadan əlavə qaz sifariş edib Buna səbəb İrandan Türkiyəyə çəkilən boru kəmərində baş verən partlayış olub
Energetika
28 Oktyabr , 2016 15:56
Türkiyə Rusiyadan əlavə qaz sifariş edib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Rəsmi Ankara Rusiyanın “Qazprom” şirkətinə Türkiyəyə nəql olunan qazın həcminin artırılması ilə bağlı müraciət edib.

“Report”un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb İrandan Türkiyəyə çəkilən boru kəmərində baş verən partlayışa görə İran qazının nəqlinin dayandırılmasıdır.

Rusiya şirkətinin məlumatına görə, Türkiyə tərəfinin bu günə sifarişi 9,3% artaraq 82,1 mln. kubmetr olub.

Qeyd edək ki, Türkiyə ötən il “Qazprom”dan 27 mlrd. kubmetr qaz idxal edib, bu il isə 24,5 mlrd. kubmetr qaz nəqli nəzərdə tutulur. 

“Qazprom”un sədr müavini Aleksandr Medvedyev bildirib ki, Türkiyəyə 2017-ci ildə 25,1 mlrd. kubmetr həcmində qazın  ixracı nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi