Yuxarı

​Türkiyə prezidenti: "Ölkələrin həmrəyliyi TANAP-ın icrasını sürətləndirəcək"

R.T.Ərdoğan: Bu işləri uğurlu şəkildə həyata keçirməliyik

Bakı. 2 oktyabr. REPORT.AZ/ Trans-Anadolu boru kəmərinin (TANAP) inşası layihəsi üzrə işlər sürətlə davam etdirilir.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 ölkələri energetika nazirlərinin İstanbul şəhərində keçirilən toplantısında bildirib.

O qeyd edib ki, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa İttifaqı və TANAP-a ortaq ölkələrin həmrəyliyi, əl-ələ verməsi TANAP-ın inşa prosesini sürətləndirəcək: "Bu işləri uğurlu şəkildə həyata keçirməliyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi