Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 5 %-dən çox artıb

Energetika
  • 22 iyun, 2023
  • 05:11
Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 5 %-dən çox artıb

Bu ilin yanvar-may ayları ərzində Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 94,114 milyon barel neft nəql edilib.

Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir. Bu, 2022-ci ilin ilk 5 ayı ilə müqayisədə 4,662 milyon barel və yaxud 5,21 % çoxdur.

Bu ilin may ayında isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 19,973 milyon barel neft nəql edilib. Məlumata görə, bu, 2022-ci ilin may ayı ilə müqayisədə 234 min barel və yaxud 1,18 % çoxdur.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti