Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 14 % artıb

Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 14 % artıb Bu ilin aprel ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 18,935 milyon barel neft nəql edilib
Energetika
25 May , 2022 17:20
Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 14 % artıb

Bu ilin aprel ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 18,935 milyon barel neft nəql edilib.

Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin aprel ayı ilə müqayisədə 2,328 milyon barel və yaxud 14,02 % çoxdur.

Bu ilin yanvar-aprel aylarına isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 69,713 milyon barel neft nəql edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,108 milyon barel və yaxud 1,6 % çoxdur.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Son xəbərlər

Orphus sistemi