Yuxarı

Transxəzər qaz kəməri Türkmənistan qazının tədarükünün prioritet diversifikasiyası marşrutları sırasında göstərilib

Bu il Türkmənistan təbii qaz hasilatını 80 mlrd. kubmetrə qədər çatdırmaq niyyətindədir

Bakı. 11 fevral. REPORT.AZ/ Nazirlər Kabinetinin iclasında Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov ölkənin yanacaq-enerji kompleksinin gələcək inkişafı üzrə neft-qaz sahəsi rəhbərliyinə bir sıra tapşırıqlar verib. 

"Report" Türkmənistanın Dövlət İnformasiya Agentliyinə istinadən xəbər verir ki, iclasda Q.Berdıməhəmmədov, həmçinin bu sahədə qabaqcıl texnologiyaların tətbiqi, iri infrastruktur layihələrinə xarici investisiyaların cəlb olunması ilə bağlı tapşırıqlar verib. 

Bundan başqa, iclasda Türkmənistan təbii qazının tədarükünün prioritet diversifikasiyası marşrutları qeyd olunub. Onların sırasında ildə 30 mlrd. kubmetr qaz ötürmə qüvvəsinə malik olacaq Transxəzər qaz kəmərinin adı çəkilib.  

Qeyd edək ki, 2014-cü ildə Türkmənistanda təbii qaz hasilatı 76 mlrd. kubmetrdən artıq olub, ixrac isə 45 mlrd. kubmetr təşkil edib. 

2015-ci ildə Türkmənistan təbii qaz hasilatını 80 mlrd. kubmetrə qədər çatdırmaq niyyətindədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi