"Transneft": Mahaçqala limanında aparılan təmirlə bağlı Azərbaycandan neft nəqli dayandırılıb

"Transneft": Mahaçqala limanında aparılan təmirlə bağlı Azərbaycandan neft nəqli dayandırılıb Lakin təmirin neftin yüklənməsi ilə bağlılığı izah edilmir
Energetika
10 Yanvar , 2017 14:25
Transneft: Mahaçqala limanında aparılan təmirlə bağlı Azərbaycandan neft nəqli dayandırılıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Mahaçqala (Xəzər dənizi, Rusiya) limanında təmirlə əlaqədar olaraq Azərbaycandan neft nəqli dayandırılıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “Transneft” şirkətinin rəsmi nümayəndəsi İqor Demin bildirib.

Onun sözlərinə görə, Mahaçqala limanında neftin tankerlərdən boşaldılmasını “Daqnefteprodukt” ASC dayandırıb (limanda neft ASC-nin rezervuarlarına qəbul olunur).

“Şirkət “Çernomortransneft” şirkətinə yanvarın 9-da göndərdiyi məktubda ağır neft məhsulları sexində təmir işlərinin aparılması ilə əlaqədar neftin yüklənməsinin 3 gün gecikəcəyini bildirib. Lakin təmirin neftin yüklənməsi ilə bağlılığı izah edilmir. Bununla bağlı olaraq Azərbaycandan ("Şirvanovka" stansiyası) neft nəqli dayandırılıb”, - deyə o bildirib.

İ.Demin qeyd edib ki, digər bütün limanlarda işlər qaydasındadır: "Novorossiysk limanında gündəlik qrafikdən 3 istiqamətdə geriləmə qeydə alınıb. Kozmino, Ust-Luqa və Pirmorsk limanları qrafikə uyğun işləyir".

Son xəbərlər

Orphus sistemi