​TPAO neft axtarışı üçün icazə alıb

​TPAO neft axtarışı üçün icazə alıb Bu sənədlər əsasında TPAO Qara dəniz ərazisindəki xüsusi iqtisadi zonada neft axtaracaq
Energetika
24 Avqust , 2015 17:39
​TPAO neft axtarışı üçün icazə alıb

Bakı. 24 avqust. REPORT.AZ/ Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyinin Neft İşləri Ümumi Müdirliyi "Türkiyə Petrolları Anonim Ortaqlığı" (TPAO) şirkətinə neft axtarışı üçün iki rəsmi icazə sənədi verib. "Report" xəbər verir ki, bu barədə qurum rəsmi qəzetlərdə məlumat yayıb.

Məlumata görə, bu sənədlər TPAO-ya Qara dəniz ərazisindəki xüsusi iqtisadi zonada 631,5 və 693,5 hektarlıq ərazilərdə neft axtarışı aparmaq icazəsi verir.

Qeyd edək ki, TPAO-nun Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi layihəsindəki payı 6,8%, "BTC Co."da 6,53%, "Şahdəniz" layihəsində 19%, Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihəsində isə 19%-dir.

Son xəbərlər

Orphus sistemi