"Total" şirkəti "Şimal axını-2" layihəsində iştirak etməyəcək

"Total" şirkəti "Şimal axını-2" layihəsində iştirak etməyəcək Patrik Puyanne Sankt Peterburqda Vladimir Putinlə görüşüb
Energetika
26 May , 2018 13:29
Total şirkəti Şimal axını-2 layihəsində iştirak etməyəcək
epa/vostock-photo

Bakı. 26 may. REPORT.AZ/ Fransanın "Total" şirkəti Rusiya tərəfindən icra olunan "Şimal axını-2" qaz kəməri layihəsində iştirak təklifindən imtina edib.

"Report"un "İnterfaks"a istinadən verdiyi məlumata görə, şirkətin baş icraçı direktoru Patrik Puyannenin Sankt Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə bu məsələ qaldırılıb və Fransa tərəfi layihədə iştirak etməyəcəyini bildirib.

Məlumata görə, görüşdə "Total" rəhbəri Vladimir Putindən gələcəkdə Rusiyanın "NOVATEK" şirkəti ilə yaradılacaq birgə müəssisə vasitəsilə Avropaya qaz ixracına icazə verməyi xahiş edib.

Son xəbərlər

Orphus sistemi