Toqo və Cəbəllütariq Azərbaycandan benzin almağa başlayıb
- 21 fevral, 2022
- 08:15
2021-ci ildə Azərbaycandan xaricə 31 milyon 814,15 min ABŞ dolları dəyərində 52 min 906,05 ton “Aİ-92” markalı benzin göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki illə müqayisədə ixrac dəyər ifadəsində 2,3 dəfə artıb, kəmiyyət olaraq – 17,51 % azalıb.
Azərbaycan Toqoya 18 milyon 494,6 min ABŞ dolları dəyərində 27 min 275,81 ton, Cəbəllütariqə 13 milyon 291,56 min ABŞ dolları dəyərində 25 min 585,3 ton, Gürcüstana 27,98 min ABŞ dolları dəyərində 44,94 ton benzin satıb.
Beş il 10 aylıq fasilənin ardından Gürcüstana tədarük bərpa edilib. Ötən il son 10 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Toqo və Cəbəllütariqə benzin ixrac edilib.
Hesabat dövründə Azərbaycan yalnız bir ölkədən bu markadan olan benzin alıb. Belə ki, Gürcüstandan 2 milyon 387,04 min ABŞ dolları dəyərində 4 min 995,64 ton yanacaq idxal edilib. Son on ildə bu ölkədən Azərbaycana “Aİ-92” benizini tədarük edilməyib.