Yuxarı

Tərtər rayonunun İlxıçılar kəndinə qaz verilib

Nəticədə 207 abonent qazla təmin olunub

Bakı. 22 aprel. REPORT.AZ/ Bu gün Tərtər rayonunun İlxıçılar kəndinə yenidən təbii qaz verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 207 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 14 922 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi