Tələbatın artması neftin bahalaşmasına səbəb olub

Tələbatın artması neftin bahalaşmasına səbəb olub WTI markalı neftin iyul fyuçersləri isə 0,11 faiz bahalaşıb və bir bareli 66,12 dollara təklif olunub
Energetika
25 May , 2021 10:32
Tələbatın artması neftin bahalaşmasına səbəb olub

Dünya bazarında neftin qiyməti artmağa davam edir. Buna COVID-19 pandemiyasının tədricən zəifləməsi ilə tələbatın artması səbəb olub.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 09:05-də “Brent” neftinin iyul fyuçerslərinin bir barelinin qiyməti 0,28 faiz artaraq 68,65 dollar təşkil edib. Bu neft markasının avqust fyuçersləri isə 0,16 faiz bahalaşaraq bir bareli 68,48 dollara satılıb. WTI markalı neftin iyul fyuçersləri isə 0,11 faiz bahalaşıb və bir bareli 66,12 dollara təklif olunub.

ABŞ-da COVID-19 xəstələrinin sayı həftə ərzində cəmi 0,5 faiz artıb. Bu, 2020-ci ilin martından bəri ən aşağı göstəricidir. Ölkə əhalisinin 61 faizindən çoxu vaksinasiya olunub ki, bu da vətəndaşların hərəkətliliyinin və enerji istehlakının artmasına səbəb olub. Bunun fonunda neftə tələbin daha da artacağına ümidlər var.

Eyni zamanda, nüvə sazişinin yenilənəcəyi təqdirdə İrandan neft tədarükünün artımı perspektivləri bu nikbinliyi bir qədər məhdudlaşır.

Son xəbərlər

Orphus sistemi