Tədarükün azalması ehtimalı neftin bahalaşmasına səbəb olub

Tədarükün azalması ehtimalı neftin bahalaşmasına səbəb olub Koronavirusun (COVID-19) “delta” ştammının yayılması səbəbindən tədarükün azalması ehtimalı fonunda dünya bazarında neft bahalaşır.
Energetika
13 İyul , 2021 10:06
Tədarükün azalması ehtimalı neftin bahalaşmasına səbəb olub

Koronavirusun (COVID-19) “delta” ştammının yayılması səbəbindən tədarükün azalması ehtimalı fonunda dünya bazarında neft bahalaşır.

Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:40-a olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin sentyabr fyuçersləri 0,28% bahalaşaraq, 1 bareli 75,36 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,34% artaraq, 1 bareli 74,35 dollar təşkil edib.

Treyderlər COVID-19-un “delta” ştammının yayılmasının neftə olan tələbə və iqtisadiyyatların bərpasına mənfi təsir göstərəcəyindən ehtiyat edirlər.

OPEC+ alyansının müqaviləsi ətrafında mövcud olan qeyri-müəyyənlik də bazara təsirsiz ötüşmür. İnvestorlar alyansın neft hasilatını artıracağını güman edirlər. Lakin müqavilənin detalları naməlum olaraq qalır.

Son xəbərlər

Orphus sistemi