Tbilisidə Beynəlxalq Xəzər Enerji Forumu başlayıb - YENİLƏNİB

Tbilisidə Beynəlxalq Xəzər Enerji Forumu başlayıb - YENİLƏNİB Azərbaycanı tədbirdə hökumət nümayəndələri və SOCAR-ın rəsmiləri təmsil edirlər
Energetika
14 Noyabr , 2014 10:19
Tbilisidə Beynəlxalq Xəzər Enerji Forumu başlayıb - YENİLƏNİB

Tbilisi. 14 noyabr. REPORT.AZ/ Bu gün Tbilisidə (Gürcüstan) II Beynəlxalq Xəzər Enerji Forumu işə başlayıb. Tədbirdə Gürcüstan , Azərbaycan və digər dövlətlərin hökumət rəsmiləri, dövlət şirkətləri və özəl qurumların rəsmiləri iştirak edirlər.

"Report"un Tbilisiyə ezam olunan əməkdaşları xəbər verir ki, Xəzər Avropa Clubu tərəfindən təşkil olunan bu forum üç hissədən ibarətdir. İlk hissə Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladzenin sədrliyi ilə keçiriləcək və Xəzər-Qara dəniz və Aralıq dənizi ölkələrinin dünya enerji bazarına inteqrasiyası, Gürcüstanın enerji, nəqliyyat və infrastruktur layihələrində başlıca rolu məsələlərinə həsr olunub.

İkinci hissə Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və dayanaqlı inkişaf naziri Georgi Kvirikaşvilinin sədrliyi ilə baş tutacaq və iqtisadi sahənin inkişafı və Avropa İttifaqı ilə əlaqələrə həsr olunacaq.

Forumun sonunda şirkət rəhbərləri Gürcüstanın qadınlar arasında şahmat üzrə 5 qat çempionu, olimpiya çempionu Maya Lomineişvili ilə seans oyunda iştirak edə bilərlər.

Tədbirin başa çatması ilə əlaqədar təşkil olunacaq rəsmi ziyafətdə isə "Caspian Energy Award" beynəlxalq mükafatın təqdim olunması mərasimi keçiriləcək.

Qeyd edək ki, Azərbaycanı bu tədbirdə bir sıra hökumət rəsmiləri, Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi və digər dövlət və özəl qurumların nümayəndələri təmsil edirlər.

Son xəbərlər

Orphus sistemi