​TAP yeni müqavilələr imzalayıb

​TAP yeni müqavilələr imzalayıb TAP-ın icraçı direktoru həmin şirkətlərin daha sağlam texnologiya təklif etdiyini qeyd edib
Energetika
17 Oktyabr , 2015 10:52
​TAP yeni müqavilələr imzalayıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ "TAP AG" Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi çərçivəsində 48 və 36 düyümlük boruların texniki təchizatı, istehsalı və çatdırılması üçün 3 yeni müqavilə imzalayıb. Bu barədə "Report"a "TAP AG"nin baş ofisindən məlumat verilib.

Məlumata görə, İtaliyanın "Industria Meccanica Bassi S.p.A" şirkəti ilə iki, həmin ölkənin "Nuova Giungas s.r.l." şirkəti ilə isə bir müqavilə bağlanıb.

"Industria Meccanica Bassi S.p.A" ilə bağlanan anlaşmaya əsasən, şirkət TAP-ı boru kəmərinin daxili divarlarını təmizləyən və xammalın borunu çirkləndirmədən ötürülməsini təmin edən "piggable" sistemi ilə təchiz edəcək.

"Nuova Giungas s.r.l." şirkəti isə TAP-ı korroziyanın qarşısını almaq üçün müxtəlif sistemlərlə təchiz edəcək.

TAP-ın icraçı direktoru Yan Bradşou (Ian Bradshaw) adıçəkilən şirkətlərin daha sağlam texnologiya təklif etdiyini və buna görə də tenderin qalibi olduqlarını qeyd edib:

"Planımıza uyğun olaraq bu ilin sonuna qədər biz daha bir neçə müqavilə imzalayacağıq. Bu isə 2016-cı ildə Yunanıstan, İtaliya və Albaniyada kəmərlərin tikintisinin başlanmasına imkan yaradacaq".

Qeyd edək ki, TAP layihəsində BP (20%), SOCAR (20%), "Statoil" (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi