Yuxarı
    Bağlamaq

    ​TAP: "Layihə qrafikə uyğun olaraq davam etdirilir"

    TAP qaz boru kəmərinin marşrutunun dəyişdirilməsi məsələsi gündəmdə deyil

    Bakı. 31 mart. REPORT.AZ/ "Yunanıstanın yenidənqurma, ekologiya və energetika naziri Panayotis Lafazanis TAP-ın icraçı direktoru Yan Bredşou keçirdiyi son görüşdə TAP layihəsini tam şəkildə dəstəklədiyini deyib". Bunu "Report"un sorğusuna cavab olaraq TAP-ın İctimaiyyətlə əlaqələr İdarəsinin mütəxəssisi Simina Marka (Simina Marca) deyib.

    S.Marka Yunanıstanın TAP-ın keçəcəyi ərazinin dəyişdirilməsi haqda təklif irəli sürməsi məsələsinin gündəmdə olmadığını, işlərin öz axarında getdiyini açıqlayıb.

    "TAP qrafikə uyğun olaraq Yunanıstanda işlərini davam etdirir. Bundan başqa, TAP təhlükəsizlik və boru kəmərinin yaxınlığında yaşayan icmalara, ətraf mühitin qorunması prinsiplərinə sadiq qalmaqdadır", - deyə S.Marka vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi