Yuxarı

TAP-ın tikintisinə başlanması ilə bağlı rəsmi mərasim başa çatıb

Tədbirin sonunda TAP-ın təməlinə qoyulacaq boru imzalanıb

Bakı. 17 may. REPORT.AZ/ Bu gün Yunanıstanın Saloniki şəhərində keçirilən Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəmərinin (TAP) təməlqoyma mərasimi başa çatıb.

"Report" xəbər verir ki, mərasimin sonunda TAP-ın təməlinə qoyulacaq boru imzalanıb.

Borunu Yunanıstanın baş naziri Aleksis Tsipras, Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokştayn, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda, Albaniya baş nazirinin müavini Niko Peleşi, TAP Konsorsiumunun icraçı direktoru Yan Bredşou, konsorsiumda iştirak edən şirkətlərin rəhbərləri - SOCAR prezidenti Rövnəq Abdullayev, BP-nin baş icraçı direktoru Robert Dadli, habelə "Snam S.p.A." şirkətinin baş icraçı direktoru Marko Alvera, "Fluxys" şirkətinin baş icraçı direktoru Paskal De Bak, "Enagas" şirkətinin strateji və biznes inkişafı üzrə baş meneceri Xesus Saldana Fernandez və "Axpo" şirkətinin sədr müavini Rudolf Haq imzalayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi