Yuxarı
    Bağlamaq

    TAP İon-Adriatik Kəməri üzrə Anlaşma Memorandumunu alqışlayır

    TAP regionun önəmli qaz infrastrukturlarına birləşmələri asanlaşdırmağa sadiq qalır

    Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəmərinin idarəçiliyi üçün yaradılan "TAP-AG" ötən cümə günü Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Albaniya, Bosniya və Herseqovina, Xorvatiya, Monteneqro arasında İon-Adriatik Kəməri (IAP) üzrə imzalanan Anlaşma Memorandumunu alqışladığını bəyan edib.

    "Report" xəbər verir ki, bu barədə TAP-ın saytında qeyd olunub.

    TAP-ın icraçı direktoru Yan Bredşou bildirib ki, bu memorandum Cənub-Şərqi Avropa üzrə enerji əməkdaşlığını artırır.

    Onun sözlərinə görə, bu, regionun enerji təhlükəsizliyi və şaxələndirmə üçün önəmli addımdır: "TAP İon-Adriatik Boru Kəməri və Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İGB) daxil olmaqla regionun önəmli qaz infrastrukturlarına birləşmələri asanlaşdırmağa sadiq qalır".

    Qeyd edək ki, Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında İon-Adriatik Qaz Kəməri (IAP) layihəsinin inşası üzrə Anlaşma Memorandumu avqustun 26-da Dubrovnik Forumu çərçivəsində imzalanıb. İmzalanmada SOCAR tərəfdən "SOCAR Balkan"nın icraçı direktoru Murad Heydərov da iştirak edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi