TAP Albaniyada yeni yolun tikintisini başa çatdırıb

TAP Albaniyada yeni yolun tikintisini başa çatdırıb Yol TAP-ın hazırda inşası davam etdirilən Vişosika yaxınlığındakı ölçü stansiyasına keçid imkanı yaradır
Energetika
29 İyun , 2017 10:40
TAP Albaniyada yeni yolun tikintisini başa çatdırıb

Bakı. 29 iyun. REPORT.AZ/ Trans Adriatik Boru Kəməri (TAP) konsorsiumu Devoll bələdiyyəsi ilə birgə Albaniyada 3 km uzunluğunda yeni yolun tikintisini tamamlayıb.

“Report” konsorsiuma istinadən xəbər verir ki, yeni yol TAP-ın hazırda inşası davam etdirilən Vişosika yaxınlığındakı ölçü stansiyasına keçid imkanı yaradır.

Yeni yolun tikintisi barədə qərar Devoll bələdiyyəsi ilə sıx məsləhətləşmələrdən sonra qəbul edilib. 

TAP-ın yol infrastrukturunu təkmilləşdirmək üzrə ümumi kampaniyası 2015-ci ilin iyul ayında başlayıb. İlk mərhələ çərçivəsində 58 km-dən çox yol yenidən qurulub, 2 yeni körpü inşa olunub və 40 körpü isə təmir edilib. İkinci mərhələyə isə 120 km uzunluğunda yolun yenidən qurulması daxildir. Hazırda 60 km-dən çox yol yenidən qurulub.

Son xəbərlər

Orphus sistemi