TAP-a yeni əməliyyatlar direktoru təyin edilib

TAP-a yeni əməliyyatlar direktoru təyin edilib Yeni əməliyyatlar direktoru vəzifəsini Rikardo Ruiz Nunyes icra edəcək
Energetika
15 Sentyabr , 2017 14:26
TAP-a yeni əməliyyatlar direktoru təyin edilib

Bakı. 15 sentyabr. REPORT.AZ/ TAP (Trans-Adriatik Boru Kəməri) konsorsiumuna yeni əməliyyatlar direktoru təyin edilib.

“Report” xəbər verir ki, bu barədə konsorsium məlumat yayıb.

TAP-ın yeni əməliyyatlar direktoru vəzifəsini Rikardo Ruiz Nunyes icra edəcək.

Yeni əməliyyatlar direktoru “Enagas” şirkətinin müxtəlif müəssisələrində çalışıb və əməliyyat strategiyaları üzrə 20 ilə yaxın təcrübəsi var. O, TAP-a təyin olunmazdan əvvəl Peruda “Compania Operadora de gas del Amazonas”da baş əməliyyatlar müdiri vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi