​TANAP yeni subpodratçılarını müəyyən edib

​TANAP yeni subpodratçılarını müəyyən edib Bu, "OptaSense" və "Optilan" şirkətləridir
Energetika
7 İyun , 2016 15:12
​TANAP yeni subpodratçılarını müəyyən edib

Bakı. 7 iyun. REPORT.AZ/ “OptaSense” (“QinetiQ” şirkətinin törəməsi) və onun tərəfdaşı olan “Optilan” şirkətləri Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üzrə keçirilən tenderin qalibi seçilib.

“Report” xəbər verir ki, adıçəkilən şirkətlər TANAP-ın podratçısı olan ABB şirkətinin sızmanın (qaçaqçılıq) aşkarlanması və təhlükəsizlik paketi üzrə keçirdiyi satınalma müsabiqəsində qalib elan olunub.

Ümumi dəyəri 30 mln. ABŞ dolları olan layihəyə ilin əvvəlindən başlanılır və bu, dünyada ən böyük fibrokabel layihəsi olacaq ki, onun hesabına 1 850 km uzunluğunda olan boru kəmərinin monitorinqi və bütün müəssisələr üzrə perimetrik təhlükəsizlik təmin olunacaq.

Qeyd edək ki, Gürcüstan-Türkiyə sərhədindən başlayan TANAP layihəsinin ümumi dəyəri ilkin olaraq 11 mlrd. ABŞ dolları elan olunsa da, sonradan bu məbləğ 9,3 mlrd. dollara qədər azalıb.

TANAP-ın əsas səhmdarları SOCAR (58%), BOTAŞ (30%) və BP (12%) şirkətləridir.

Son xəbərlər

Orphus sistemi