​TANAP üçün kompressor istehsal edəcək şirkətin adı açıqlanıb

​TANAP üçün kompressor istehsal edəcək şirkətin adı açıqlanıb Layihənin birinci mərhələsi 2018-ci ilin birinci yarısında gerçəkləşdiriləcək
Energetika
20 İyul , 2015 11:35
​TANAP üçün kompressor istehsal edəcək şirkətin adı açıqlanıb

Bakı. 20 iyul. REPORT.AZ/ "GE Oil&Gas" (General Electric Oil and Gas) Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üçün müasir standartlara uyğun turbo qaz kompressorları istehsal edəcək. "Report"un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, layihənin birinci mərhələsində hazırlanacaq kompressorlar Türkiyə və Avropanın fasiləsiz Azərbaycan qazı ilə təmin edilməsinə şərait yaradacaq.

"GE Oil&Gas"ın hazırlayacağı kompressorlar daha yüksək təzyiqə davamlılığı və ən aşağı emissiya səviyyəsinə görə fərqləndiyindən, TANAP üçün ən uyğun namizəd hesab edilib.

Boru xəttinin "ürəyi" hesab edilən aeroderivativ qaz turbinləri üzrə bağlanmış bir neçə milyon dollarlıq müqaviləyə əsasən, məhsullar İtaliyanın Florensiya şəhərində yığılacaq, test edilərək 2017-ci ildə layihə tərəfdaşlarına təhvil veriləcək.

"GE Oil&Gas"ın Şimali Afrika, Türkiyə və Orta Şərq üzrə direktoru Rami Qasem TANAP layihəsində yer almalarından məmnun olduğunu deyib: "Bu bizim 2012-ci ildən bəri başladığımız və qarşımıza qoyduğumuz 900 mln. dollarlıq investisiya layihələrinin bir hissəsidir".

Razılaşmaya əsasən, TANAP layihəsinin birinci mərhələsi 2018-ci ilin birinci yarısında gerçəkləşdiriləcək.

Xatırladaq ki, "GE Oil&Gas" şirkəti Türkiyədə qazdan alınan enerjinin 50%-dən çoxunu istehsal edir. 

Son xəbərlər

Orphus sistemi