Yuxarı

Natiq Əliyev: "TANAP-ın genişləndirilməsi qazın hasilatından asılı olacaq"

Yanuş Pexoçinski: Gələcəkdə Avropada qaz inqilabının olacağını düşünürəm

Bakı. 15 dekabr. REPORT.AZ/ Trans-Anadolu Boru Kəmərinin (TANAP) ötürücülük qabiliyyətinin artırılması Azərbaycandakı qaz yataqlarının hasilat potensialından asılı olacaq. "Report"un verdiyi xəbərə görə, bunu energetika naziri Natiq Əliyev jurnalistlərin TANAP-ın həcminin iki dəfəyə qədər artırılması ilə bağlı sualını cavablandırarkən deyib.

"Əgər "Abşeron" yatağı istifadəyə verilərsə və Azərbaycan Dövlət Neft Şirkətinin işlədiyi yataqlarda hasilat artırılarsa, o zaman kəmərin ötürmə gücü artırıla bilər. Hansısa qəzetdə kimsə nəsə fikir bildirib. Bir fikirlə bunu reallaşdırmaq mümkün deyil. TANAP layihəsi hazırlananda onun ötürmə qabiliyyəti, kapital qoyuluşu və başqa məsələlər müzakirə edilib və nəzərə alınıb. TANAP layihələndirilən zaman bu, illik 23-24 mlrd. kubmetr qazın nəqli üçün müəyyən edilib və hazırda kəmər "Şahdəniz" yatağının ikinci mərhələsi üçün nəzərdə tutulub", - nazir qeyd edib.

Bakıda səfərdə olan Polşa baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski isə "Nabucco" layihəsinin ləğvindən sonra TANAP-ın Avropa üçün əhəmiyyətli olacağını bildirib: "Hesab edirəm ki, Azərbaycan bu layihənin reallaşması üçün dəqiq işləyir. Gələcəkdə Avropada qaz inqilabının olacağını düşünürəm. Bəlkə də Avropaya qaz daşınması üçün hansısa boru xətləri çəkilməyəcək. Ola bilər ki, biz bunu başqa yollarla edək. İstərdik ki, Azərbaycanla neft-qaz sənayesi ilə bağlı əməkdaşlıq edək. SOCAR və Azot zavodu ilə artıq əməkaşlığımız var".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi