"STAR" zavodunda istehsala gələn ilin avqustunda başlanacaq

"STAR" zavodunda istehsala gələn ilin avqustunda başlanacaq Zaur Qəhrəmanov: "Zavodun tam təhvil-təslimi gələn ilin dekabrında olacaq, amma satış sentyabrdan başlayacaq"
Energetika
12 Oktyabr , 2017 17:03
STAR zavodunda istehsala gələn ilin avqustunda başlanacaq
Report

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə inşa olunan STAR neft emalı zavodunda istehsal 2018-ci ilin avqust ayında, məhsulun satışına isə sentyabr ayında başlanması gözlənilir. 

"Report" xəbər verir ki, bunu "SOCAR Turkey Enerji A.Ş"-nin baş direktoru Zaur Qəhrəmanov jurnalistlərə bildirib. 

O qeyd edib ki, hazırda zavodda inşaat işləri 95% tamamlanıb: "Zavodun tam təhvil-təslimi gələn ilin dekabr ayında olacaq. Amma satış sentyabrdan başlayacaq". 

Z.Qəhrəmanov bildirib ki, STAR zavodu layihəsində texniki dəyişikliklər olub: "Zavod layihələndirilərkən müəyyən neft növünə hesablanmışdı. İndi isə nəql olunacaq neftin növlərinin çeşidi genişləndirilib. Buna görə də zavodun layihəsinə dəyişikliklər edilib. Bunun üçün də əlavə rezervuar həcmlərinə ehtiyac yaranıb. Layihəyə salınmış texniki dəyişikliklərə görə, onun tikintisi 5,4 mlrd. dollardan 6 mlrd. dollara artıb. Bu məbləğə zavodun tikintisi və bank kreditləri ilə bağlı xərclər daxildir".

Son xəbərlər

Orphus sistemi