Yuxarı
    Bağlamaq

    “STAR” zavodunda işlərin 85%-i tamamlanıb

    Hazırda zavodun inşasında 15 min nəfərdən çox işçi çalışır© SOCAR Türkiye

    Bakı. 15 mart. REPORT.AZ/ İzmirin Petkim yarımadası (Türkiyə) ərazisində həyata keçirilən "STAR" Neft Emalı Zavodu layihəsində inşaat işlərinin 85%-i tamamlanıb.

    “Report” xəbər verir ki, bu barədə SOCAR-ın Türkiyədəki törəmə müəssisəsi olan "SOCAR Turkey Energy" şirkətinin sosial şəbəkədə rəsmi hesabında qeyd edib.

    Məlumata görə, hazırda zavodun inşasında 15 min nəfərdən çox işçi çalışır.

    Qeyd edək ki, "STAR" Neft Emalı Zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavodun 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Zavod istifadəyə verildikdən sonra ildə 10 mln. ton xam neft emal gücünə malik olacaq. Burada ildə 4,7 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 320 min ton LPG, 1,6 mln. ton nafta, 690 min ton neft koksu, 159 min ton kükürd və digər məhsullar istehsal olunacaq. Zavodda əsasən “Ural”, "Azeri Light” və “Kərkük” neft növləri emal ediləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi