STAR zavodu üçün geriyə sayım başlayıb

STAR zavodu üçün geriyə sayım başlayıb Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR neft emalı zavodunun fəaliyyətə başlaması üçün geriyə sayım başlayıb.
Energetika
24 Noyabr , 2017 15:08
STAR zavodu üçün geriyə sayım başlayıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR neft emalı zavodunun fəaliyyətə başlaması üçün geriyə sayım başlayıb.

“Report”un Türkiyənin “Ekonomist” nəşrinə istinadən verdiyi xəbərə görə, "STAR Rafineri A.Ş”nin baş direktoru Mesut İlter bildirib ki, zavod gələn il oktyabrın 1-də istifadəyə veriləcək.

“Təməli Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2011-ci il oktyabrın 25-də atılan zavodda inşaat işlərinin 96,4%-i (oktyabrın sonuna-Rep.) tamamlanıb. Zavodda Türkiyənin idxaldan asılı olduğu məhsullar istehsal olunacaq. Zavod Türkiyənin cari kəsirinin örtülməsində 1,5 mlrd. dollarlıq fayda verəcək. Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib zavodda ildə 10 mln. ton xam neft emal ediləcək. Zavod fəaliyyətə başladıqdan sonra burada ildə 1,6 mln. ton nafta, 4,8 mln. ton ultra aşağı kükürdlü dizel, 1,6 mln. ton təyyarə yanacağı, 700 min ton neft koksu, 160 min ton kükürd və digər məhsullar istehsal olunacaq”, - deyə M.İlter qeyd edib.

Son xəbərlər

Orphus sistemi