Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, SOCAR rəhbərliyinə 30% tikinti işləri yekunlaşmış "Star" neft emalı zavodu, oktyabr ayında birinci fazası yekunlaşacaq "Petlim" limanı və cari ilin ilk 6 ayında xalis gəliri 232 mln. türk lirəsi həcmində olan “Petkim Holding”lə əlaqədar təqdimatlar nümayiş etdirilib.
R.Abdullayev aldığı məlumatlardan sonra görülən işlərlə bağlı fikirlərini bildirib. O qeyd edib ki, ''Petkim” neft-kimya kompleksində ilin birinci yarısı olduqca müsbət göstəricilərlə yekunlaşıb və məhsuldarlıq yüksək səviyyəyə çatıb. "Star" neft emalı zavodunda işlər qrafikə uyğun davam etdirilir ki, bu da təqdirəlayiq haldır. SOCAR prezidenti "Petlim"in yaxın vaxtlarda istismara veriləcəyinə əminliyini bildirib.
Təqdimatlardan sonra R.Abdullayev və onu müşayiət edən şirkət rəhbərliyinin nümayəndələri "Star" zavodunun laboratoriya binasının təməlqoyma mərasimində iştirak ediblər. Mərasimdən sonra SOCAR rəhbərliyi liman sahəsində tikilən 300 metr uzunluğundakı dalğaqırana və 700 metr uzunluğundakı bərəyə baxış keçiriblər.
Səfər zamanı SOCAR rəhbərliyini “SOCAR Turkey”in baş icraçı direktoru Kənan Yavuz, baş icraçı direktorun birinci müavini Samir Kərimli və “Petkim”in baş direktoru Sadəddin Qorqud müşayiət ediblər.







