STAR neft emalı zavodu xam neft idxalını 35 %-dən çox artırıb

Energetika
  • 30 noyabr, 2022
  • 08:01
STAR neft emalı zavodu xam neft idxalını 35 %-dən çox artırıb

Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR Neft Emalı Zavodu 1 milyon 71 min 849 ton xam neft idxal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 280 min 746 ton və ya 35,5 % çoxdur. Bu, Türkiyəyə idxal edilən xam neftin 25,57 %-i deməkdir.

Xatırladaq ki, 2021-ci ilin sentyabr ayında STAR Neft Emalı Zavodu 719 min 103 ton xam neft idxal edib.

Bu ilin sentyabr ayında Türkiyədə neft məhsulları istehsal edən neft email zavodları tərəfindən 2 milyon 984 min 449 ton xam neft idxal edilib. Bu, 2021-ci ilin sentyabr ayının göstərici ilə müqayisədə 140 min 998 ton və ya 4,96 % çoxdur.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavodun illik xam neft emal gücü 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti