STAR neft emalı zavodu xam neft idxalını 18 % artırıb

Energetika
  • 31 yanvar, 2023
  • 08:50
STAR neft emalı zavodu xam neft idxalını 18 % artırıb

2022-ci ilin noyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu 1 milyon 33 min 14 ton xam neft idxal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2021-ci ilin noyabr ayı ilə müqayisədə 157 min 430 ton və ya 18 % çoxdur. Bu, Türkiyəyə idxal edilən xam neftin 28,75 %-i deməkdir.

Xatırladaq ki, 2021-ci ilin noyabr ayında STAR Neft Emalı Zavodu 875 min 584 ton xam neft idxal edib.

2022-ci ilin noyabr ayında Türkiyədə neft məhsulları istehsal edən neft email zavodları tərəfindən 2 milyon 633 min 417 ton xam neft idxal edilib. Bu, 2021-ci ilin noyabr ayının göstərici ilə müqayisədə 346 min 711 ton və ya 11,63 % çoxdur.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavod ildə 11 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti