STAR neft emalı zavodu dizel yanacağı istehsalını 11 % azaldıb

Energetika
  • 01 sentyabr, 2022
  • 07:32
STAR neft emalı zavodu dizel yanacağı istehsalını 11 % azaldıb

Bu ilin iyun ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 491 min 823 ton dizel yanacağı istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, ötən ilin iyun ayı ilə müqayisədə 62 min 28 ton və ya 11,2 % azdır.

Ümumilikdə isə iyun ayında Türkiyədə neft emalı zavodları tərədindən 1 milyon 435 min 267 ton dizel yanacağı istehsal edilib ki, bu da 2021-ci ilin iyun ayı ilə müqayisədə 128 min 488 ton və ya 8,2 % azdır.

Qeyd edək ki, STAR neft emalı zavodu 2021-ci ilin iyun ayında 553 min 851 ton dizel yanacağı istehsal edib.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavodun illik xam neft emal gücü 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti