Yuxarı

​Şotlandiyalı tədqiqatçı: "Azərbaycan ABŞ və AB üçün alternativ qazın tapılmasında mühüm rol oynaya bilər"

Stiven Makmillan: Avropa İttifaqının Azərbaycanla tərəfdaşlığı Qərb üçün əhəmiyyətli olacaq

Bakı. 30 iyul. REPORT.AZ/ ABŞ və Avropa İttifaqı Rusiya qazına alternativ tapılması üçün böyük səylər göstərir. Bu baxımdan Azərbaycan və Norveç həmin axtarışlarda həlledici rol oynaya bilər.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə şotlandiyalı tədqiqatçı Stiven Makmillan bildirib.

O, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyaya Azərbaycan qazını çatdıracaq TANAP və TAP layihələrinin mövcüdluğunu da xatırladıb.

S.Makmillan Avropa Xarici Əlaqələr Şurası tərəfindən verilən şərhə də diqqət yönəldib. Şərhdə Azərbaycanın qaz idxalının diversifikasiya edilməsi üzrə Aİ strategiyasına uyğun olaraq ən yaxşı təchizatçı olduğu iddia edilir: "Bu tərəfdaşlıq gələcəkdə Azərbaycanın qərb enerji korporasiyaları ilə əməkdaşlığını davam etdirəcəyinə əmin olması istiqamətində Qərb dövlətləri üçün böyük əhəmiyyət daşıyır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi