"Societe Generale": Neft 2019-2020-ci illərdə ucuzlaşacaq

"Societe Generale": Neft 2019-2020-ci illərdə ucuzlaşacaq Bank bu il üçün "Brent"in orta qiymət proqnozunu 66 dollar/barelə, WTI üzrə isə 62 dollar/barelə yüksəldib
Energetika
20 Fevral , 2018 10:45
Societe Generale: Neft 2019-2020-ci illərdə ucuzlaşacaq

Bakı. 20 fevral. REPORT.AZ/ ABŞ-da şist neft hasilatının artmağa davam etməsinə baxmayaraq, neftin qiyməti yüksələcək. 

"Report" xəbər verir ki, bu proqnozla Fransanın "Societe Generale" bankı çıxış edib. Bankın hazırladığı hesabatda 2018-ci il üçün "Brent" markalı neftin orta qiyməti 62 dollardan 66 dollar/barelə, WTI neftinin qiyməti isə 58 dollardan 62 dollar/barelə yüksəldilib. Bu proqnozu ABŞ-ın "Sanford C. Bernstein" araşdırma şirkəti də dəstəkləyib.

"Societe Generale"in ekspertləri bildiriblər ki, ABŞ-ın neft hasilatında faktiki artım proqnozları üstələsə də, Venesuelanın neft hasilatındakı azalma da proqnozları üstələyir. Bank qeyri-OPEC ölkələrində neft hasilatının ciddi şəkildə artacağını ehtimal edir. Lakin OPEC+ anlaşmasının ilin sonuna qədər davam etməsi və dünya iqtisadiyyatında artımın sürətlənməsi əlavə neftin yaradacağı mənfi effekti kompensasiya edəcək.

"Societe Generale" 2018-ci ildə neft bazarının tarazlı vəziyyətdə olacağını, 2019-2020-ci illərdə isə dünya iqtisadiyyatında gözlənilən yavaşlama ilə qiymətlərin aşağı düşəcəyini proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi