​SOCAR yeni şirkət yaradıb

​SOCAR yeni şirkət yaradıb Nizamnamə kapitalı 500 min manat olan şirkət mühəndislik xidmətləri sahəsində fəaliyyət göstərəcək
Energetika
12 Avqust , 2015 11:31
​SOCAR yeni şirkət yaradıb

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və KBR şirkəti (ABŞ) mühəndislik xidmətləri üzrə birgə müəssisə yaradıb. "Report"un əldə etdiyi məlumata görə, yeni şirkət "SOCAR-KBR" adlanır.

Nizamnamə kapitalı 500 min manat olan şirkət dövlət qeydiyyatına bu ilin iyulun 14-də alınıb və qanuni təmsilçisi Tərlan Sahib oğlu Məmmədovdur.

"SOCAR-KBR"in Müşahidə Şurasının üzvləri Fəxrəddin Səttar oğlu İsmayılov, Yaşar Aydın oğlu Lətifov, İlham Mədət oğlu Nəsirov, Braendeland Jan Egil, Nadesan Siva və Simmonite Martindir.

Xatırladaq ki, martın 18-də Bakıda SOCAR prezidenti Rövnəq Abdullayev və KBR şirkətinin prezidenti və baş icraçı direktor Stüart Bredinin iştirakı ilə mühəndislik xidmətləri üzrə birgə müəssisənin təsis edilməsi haqqında sazişin imzalanma mərasimi keçirilib.

Son xəbərlər

Orphus sistemi