SOCAR yanvarda Novorossiysk limanından 80 min ton xam neft ixrac edib

SOCAR yanvarda Novorossiysk limanından 80 min ton xam neft ixrac edib Bu barədə SOCAR məlumat yayıb
Energetika
1 Fevral , 2017 15:33
SOCAR yanvarda Novorossiysk limanından 80 min ton xam neft ixrac edib

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 79 935 ton xam neft ixrac edib.

“Report” xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

SOCAR 2016-cı ilin yanvarında Novorossiysk limanından 258 ton neft ixrac edib.

Qeyd edək ki, Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

Son xəbərlər

Orphus sistemi