Yuxarı

​SOCAR yanvarda büdcəyə 119 mln. manat ödəyib

SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 mln. manat köçürüb

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2015-ci ilin yanvar ayında dövlət büdcəsinə 118,502 mln. manat həcmində vəsait ödənilib. 

"Report" xəbər verir ki, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 55,076 mln. manat, yaxud 31,73% azdır.

Bundan əlavə, cari ilin yanvar ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11,931 mln. manat vəsait köçürüb ki, bu da 2014-cü ilin yanvarı ilə müqayisədə 1,566 mln. manat və ya 11,6% azdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi