SOCAR Vyetnamla neft ixracı müqaviləsi bağlayıb

SOCAR Vyetnamla neft ixracı müqaviləsi bağlayıb Hər ay "Dung Quat" neft emalı zavoduna 3 mln. barel “Azeri Light” və 2 mln. barel digər markalı xam neft göndəriləcək
Energetika
8 Dekabr , 2017 10:05
SOCAR Vyetnamla neft ixracı müqaviləsi bağlayıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanın “SOCAR Trading” və Vyetnamın “Binh Son Refining and Petrochemical Co.” (BSR) şirkətləri arasında müqavilə imzalanıb. 

“Report”un “Reuters”ə istinadən verdiyi xəbərə görə, müqaviləninin qüvvədə olacağı 2018-2021-ci illər ərzində hər ay “SOCAR Trading” Vietnam şirkətini ayda 3 mln. barel “Azeri Light” və 2 mln. barel isə digər markalı xam neftlə təmin edəcək. Bu xammal şirkətin "Dung Quat" neft emalı zavodu üçün nəzərdə tutulub.

BSR-in rəhbəri Nqyuen Hoai Gianq jurnalistlərə açıqlamasında bildirib ki, bu müqavilə şirkət üçün olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, 2017-ci ilin ilk 11 ayında Vyetnamda neft hasilatı illik müqayisədə 10,6% azalaraq 12,48 mln. tona, yaxud gündəlik 273,8 min barelə düşüb. Halbuki ölkə illik hədəf istehsalı kimi 14,2 mln. ton müəyyən edib.

“Thompson Reuters Eikon” sistemi göstərir ki, bu ilin yanvar-noyabr aylarında SOCAR artıq Vyetnama 4 mln. barel xam neft ixrac edib.

Son xəbərlər

Orphus sistemi