Bakı. 30 aprel. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) faşizm üzərində qələbənin 70 illiyi qeyd edilib. "Report"un verdiyi xəbərə görə, BANM-ın rektoru Elmar Qasımovun giriş sözü ilə açılış etdiyi tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin (
E.Qasımovun sözlərinə görə, Böyük Vətən Müharibəsi vaxtı Azərbaycanın əhalisi 3 mln. nəfər olub: "Onun da 700 mindən çoxu müharibədə iştirak edib. Onların 300 mindən çoxu müharibədə həlak olub. Bu, təxminən əhalinin 10%-i deməkdir".
Tədbirdə çıxış edən SOCAR prezidenti R.Abdullayev deyib ki, bu müharibənin ən əhəmiyyətli nəticəsi o olub ki, insanlar məsələləri danışıqlar masası arxasında həll etməli olduqlarını anladılar.
Daha sonra isə R.Abdullayevin fərmanı ilə veteran neftçilərin maddi durumunun yaxşılaşdırılması məqsədilə onlara yardım edilib.
Tədbirin rəsmi hissəsinin ardınca faşizm üzərində qələbənin 70 illiyi münasibəti ilə AzTV-nin çəkdiyi film nümayiş olunub.








