​SOCAR və "Vitol Group" prezidentlərinin görüşü olub

​SOCAR və "Vitol Group" prezidentlərinin görüşü olub İki şirkət arasında əlaqələrin bundan sonra da davam etdirilməsi barədə razılıq əldə olunub
Energetika
23 İyul , 2015 15:26
​SOCAR və Vitol Group prezidentlərinin görüşü olub

Bakı. 23 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev şirkətin baş ofisində dünyanın ən böyük enerji treydinq şirkətlərindən biri olan "Vitol Group"un prezidenti İan Teylorun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə beynəlxalq enerji daşıyıcıları bazarında mövcud vəziyyət və perspektivlər diqqət mərkəzində olub, bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, iki şirkət arasında investisiya və treydinq sahəsində əməkdaşlıq imkanları araşdırılıb. Şirkət prezidentləri gələcəkdə birgə fəaliyyətin mümkünlüyünü vurğulayıb, əlaqələrin genişlənməsi və inkişafının hər iki şirkətin mənafeyinə uyğun olduğunu qeyd ediblər.

Görüşdə SOCAR və "Vitol Group" arasında əlaqələrin bundan sonra da davam etdirilməsi barədə razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi