SOCAR və “LUKoil” arasında əməkdaşlıq memorandumu imzalanıb - ƏLAVƏ OLUNUB

SOCAR və “LUKoil” arasında əməkdaşlıq memorandumu imzalanıb - ƏLAVƏ OLUNUB *** İlk xəbər saat 21:02-də verilib
Energetika
23 Yanvar , 2020 10:38
SOCAR və “LUKoil” arasında əməkdaşlıq memorandumu imzalanıb - ƏLAVƏ OLUNUB

*** İlk xəbər saat 21:02-də verilib

Yanvarın 22-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “LUKoil” şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan” perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb.

"Report" bu barədə SOCAR-a istinadən xəbər verir. 

Qeyd edək ki, “Naxçıvan” perspektiv strukturu Xəzər dənizinin Azərbaycan sektorunun dərin hissəsində, Abşeron yarımadasından 90 km cənubda yerləşir. Strukturun yerləşdiyi rayonda dənizin dərinliyi 120 metrdən 750 metrə qədər dəyişir. Struktur seysmik kəşfiyyat işləri nəticəsində 1960-cı ildə aşkar edilib.

“Qoşadaş” strukturu Xəzər dənizinin Azərbaycan sektorunda, Sumqayıt şəhərindən 20 km şimal-şərqdə yerləşir. 1951-ci ildən etibarən sahədə seysmik kəşfiyyat işləri aparılıb.

***

Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ilə “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov arasında görüş keçirilib. 

"Report" xəbər verir ki, görüşdə bir sıra maraq doğuran məsələlər müzakirə edilib. 

Görüşün yekununda SOCAR və “LUKoil” şirkətləri arasında bir sıra sahələrdə qarşılıqlı əməkdaşlığı özündə ehtiva edən memorandum imzalanıb.  

Son xəbərlər

Orphus sistemi