SOCAR Ukraynanın Dövlət Agentliyi üçün 4 min tona yaxın aviayanacaq tədarük edəcək

SOCAR Ukraynanın Dövlət Agentliyi üçün 4 min tona yaxın aviayanacaq tədarük edəcək Bakı. 15 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi “SOCAR Ukraine” Ukrayna Ehtiyat Agentliyinin 3,7 min ton reaktiv yanacaq tədarükü ilə bağlı elan etdiyi tenderin qalibi olub.
Energetika
15 May , 2018 17:13
SOCAR Ukraynanın Dövlət Agentliyi üçün 4 min tona yaxın aviayanacaq tədarük edəcək
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi “SOCAR Ukraine” Ukrayna Ehtiyat Agentliyinin 3,7 min ton reaktiv yanacaq tədarükü ilə bağlı elan etdiyi tenderin qalibi olub.

“Report” bu barədə “Enkorr” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, “SOCAR Ukraine” Dövlət Agentliyi üçün 1 ton Kremençuq Neft Emalı Zavodunun aviayanacaq məhsulunu 26 900 qrivnaya təklif edib.

Məhsulun tədarükü üçün son tarix bu il sentyabrın 1-i, yüklənmə yeri isə Çerniqov şəhəridir.

Son xəbərlər

Orphus sistemi