SOCAR Ukraynada ən yaxşı 25 şirkət arasında yer alıb

SOCAR Ukraynada ən yaxşı 25 şirkət arasında yer alıb Ukraynanın tanınmış “Vlast deneq” nəşri bu ölkədə öz sahələrin və istiqamətləri üzrə fəaliyyət göstərən 25 ən yaxşı beynəlxalq şirkətin adlarını açıqlayıb.
Energetika
5 Oktyabr , 2020 12:03
SOCAR Ukraynada ən yaxşı 25 şirkət arasında yer alıb

Ukraynanın tanınmış “Vlast deneq” nəşri bu ölkədə öz sahələrin və istiqamətləri üzrə fəaliyyət göstərən 25 ən yaxşı beynəlxalq şirkətin adlarını açıqlayıb.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, hazırlanmış növbəti reytinqdə dünyanın tanınmış 25 şirkətlərinin adları var. Bu reytinqdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” də var.

Həmçinin TOP-25-də “Amway”, “Credit Agricole Bank”, “Dell Technologies”, “FMC Ukraine”, “Groupe SEB”, “Idea Bank”, “Karcher”, “lifecell”, LG, “L’Oreal”, “Mastercard”, “Microlife”, “Nestle”, “Pepsi Co”, “Radisson Hotels”, “Royal Canin”, “TUI Ukraine”, “Visa”, “Gedeon Richter”, Mareven Food Europe”, “McDonalds”, “Renault Ukraine”, “Zeppelin Ukraine” kimi dünya şöhrətli şirkətlərin də adları daxil edilib.

Reytinqə məhsul brendləri, ticarət markaları kimi, həmçinin maliyyə, konsaltinq, logistika kimi sahələri əhatə edən şirkətlər daxil edilib.

Qeyd edək ki, SOCAR-ın Ukraynadakı nümayəndəliyi olan “SOCAR Energy Ukraine” şirkəti 2008-ci ildə açılıb. Hazırda şirkətin Ukraynanın 11 vilayətində 55 ədəd müasir yanacaqdoldurma kompleksləri fəaliyyət göstərir. Həmçinin, Ukraynada yaradılan “SOCAR Ukraine” Ticarət Evi ölkəyə təbii qaz idxal edən ən iri özəl idxalçılardan biri olub.

Son xəbərlər

Orphus sistemi